logo
Bitkilər – evinizin sakit dostları
Dostuna e-poçt göndərin

Xoruz pipiyi - (Celosia cristata)

6.0₼ 0% Fərq 6.0₼

Xoruz pipiyi (Celosia cristata) – adını xoruzun ibik formasına bənzəyən sıx və dalğavari çiçək quruluşundan alan qeyri-adi birillik bəzək bitkisidir. Çiçəkləri parlaq qırmızı, çəhrayı, narıncı, sarı və bənövşəyi tonlarda olur və ipəkvari toxuması ilə gözoxşayır. Həm bağlarda, həm də saxsılarda əla görünür. Uzunmüddətli çiçəklənməsi və qurudulduqda da formasını saxlaması sayəsində həm canlı, həm də quru çiçək kompozisiyalarında geniş istifadə olunur. Torpaq seçməyən, günəşi sevən və quraqlığa dözümlü olması onu ideal yay bitkisi edir.

Var

Əkin texnologiyası:    
• Əkin vaxtı: Mart-aprel    
• Əkin dərinliyi: 0,5 cm    
• Toxumlar arası məsafə: 20–25 sm    
• Sıra arası məsafə: 30 sm    
• Torpaq: Yüngül, qidalı    
• Cücərmə müddəti: 10–14 gün ərzində    

Temperatur rejimi: Cücərmə üçün ideal temperatur 20–24°C-dir. İstisevər bitkidir, şaxtaya dözümsüzdür.    
Suvarma qaydası: Yalnız torpağa suvarılır. Yarpaqlara və çiçəklərə su vurmaq olmaz. Torpaq daim bir qədər nəm saxlanmalıdır, amma artıq suvarmadan qaçmaq lazımdır.    
Suvarma tezliyi: Həftədə 2 dəfə, isti havada ehtiyac olduqda artırıla bilər.  

Ölçü:    
Bitkinin hündürlüyü: 25–40 sm.    
Diametri: 20–30 sm.  


Çiçək rəngləri: Parlaq qırmızı, çəhrayı, narıncı, sarı və bənövşəyi tonlarda.    
Bitkinin dövrü: Birillik dekorativ bitkidir.    
Paçkada toxumların sayı: 100 ədəd  

Rəy yazın

E-poçt adresiniz yayımlanmayacaq. Tələb olunan sahələr qeyd olunur *

Rəy yazmaq üçün linkə daxil olun

Şəkillər yüklə

Bu məhsula hələ rəy yazılmayıb.

Your experience on this site will be improved by allowing cookies.