logo
Bitkilər – evinizin sakit dostları
    Dostuna e-poçt göndərin

    Çobanyastığı (Matricaria)

    6.0₼0% Fərq6.0₼

    Çobanyastığı (Matricaria chamomilla) – kiçik ağ ləçəkləri və parlaq sarı mərkəzi ilə tanınan, həm estetik, həm də tibbi dəyəri yüksək olan birillik bitkidir. Gözoxşayan görünüşü ilə bağları bəzəyir, eyni zamanda sakitləşdirici, iltihab əleyhinə və antiallergik təsirləri ilə təbabətdə geniş istifadə olunur. Yüngül və xoş ətirli çiçəkləri yazdan payızadək açılır. Quraqlığa davamlılığı, zəif torpaqlarda belə inkişaf edə bilməsi onu təbii bağçılıq və kənd təsərrüfatı üçün ideal bitkiyə çevirir. Çay üçün yığımı çiçəkləmə zamanı aparılır, qurudularaq saxlanılır.

    Var

     Əkin texnologiyası:
    • Əkin vaxtı: Mart-aprel
    • Əkin dərinliyi: 0,5–1 sm
    • Toxumlar arası məsafə: 25–30 sm
    • Sıra arası məsafə: 40 sm
    • Torpaq: Neytral, yaxşı drenajlı
    • Cücərmə müddəti: 10–14 gün ərzində

    Temperatur rejimi: Cücərmə üçün ideal temperatur 18–22°C-dir. Günəşli sahələrdə daha yaxşı inkişaf edir.
    Suvarma qaydası: Su yalnız torpağa verilir. Yarpaqlara və çiçəklərə su vurmaq olmaz. Torpaq daim orta dərəcədə nəm saxlanmalıdır.
    Suvarma tezliyi: Həftədə 2 dəfə, isti havalarda daha tez-tez.

    Ölçü:
    Bitkinin hündürlüyü: 40–70 sm.
    Diametri: 30–50 sm.


    Çiçək rəngləri: Klassik – ağ ləçəklər və sarı mərkəz.
    Bitkinin dövrü: 1 illik
    Paçkada toxumların sayı: 100 ədəd

    Rəy yazın

    E-poçt adresiniz yayımlanmayacaq. Tələb olunan sahələr qeyd olunur *

    Rəy yazmaq üçün linkə daxil olun

    Şəkillər yüklə

    Bu məhsula hələ rəy yazılmayıb.

    Your experience on this site will be improved by allowing cookies.