logo
Bitkilər – evinizin sakit dostları
Dostuna e-poçt göndərin

Dracena Marginata

85.0₼ 0% Fərq 85.0₼

Drasena Marginata – nazik, ucu sivri və tünd yaşıl üzərində qırmızı kənarlı yarpaqları ilə diqqətçəkici bir görünüş yaradır. Tropik mənşəli bu bitki az işıq və az su ilə belə yaşaya bilir. İnteryerdə şaquli vurğu yaratmaq və minimalist dizayna canlılıq qatmaq üçün ideal seçimdir. Havanı təmizləmə xüsusiyyəti ilə də önə çıxır.

Var

Təxmini Hündürlük

Hazırda: 60-65 sm

İşıq Tələbatı

  • Parlaq, dolayı işıqda yaxşı inkişaf edir
  • Kölgədə də böyüyür, amma daha yavaş və solğun olur
  • Birbaşa günəşdən qorunmalıdır

Suvarma

  • Torpağın üstü quruyanda suvarılmalıdır
  • Yayda: 6–8 gündə 1 dəfə
  • Qışda: 10–14 gündə 1 dəfə
  • Həddindən artıq su kök çürüməsinə səbəb ola bilər

Temperatur və Rütubət

  • Optimal temperatur: 20–27°C
  • Quru havaya dözümlüdür
  • Rütubət çatışmazlığında yarpaq ucları qəhvəyi ola bilər

Torpaq və Saksı

  • Yüngül, hava keçirən və yaxşı drenajlı torpaq
  • Dibində delik olan saksı vacibdir

Budama və Baxım

  • Ucları saralan yarpaqlar təmizlənməlidir
  • Bitkinin hündürlüyünü nəzarətdə saxlamaq üçün budama edilə bilər
  • Yarpaqlar vaxtaşırı tozdan təmizlənməlidir

Faydası və Əlavə Məlumat

  • Formaldehid, benzol və digər toksinləri udaraq havanı təmizləyir
  • Ofislərdə və evlərdə geniş istifadə olunur

Rəy yazın

E-poçt adresiniz yayımlanmayacaq. Tələb olunan sahələr qeyd olunur *

Rəy yazmaq üçün linkə daxil olun

Şəkillər yüklə

Bu məhsula hələ rəy yazılmayıb.

Your experience on this site will be improved by allowing cookies.