logo
Bitkilər – evinizin sakit dostları
Dostuna e-poçt göndərin

Dracaena fragrans

20.0₼ 0% Fərq 20.0₼

Qalın, parlaq yaşıl yarpaqları və hamar gövdəsi ilə tanınan ev bitkisidir. Otaq havasını təmizləyir və dekorativ görünüşü ilə ev və ofis mühitlərinə gözəllik qatır. Nisbətən az baxım tələb edən, dözümlü bir bitkidir.

Var

Drakena, parlaq və ya yarı kölgəli işıq şəraitində yaxşı inkişaf edir. Suvarma zamanı torpağın üst qatının quru olmasına diqqət yetirmək vacibdir. Həddindən artıq suvarmaq köklərin çürüməsinə səbəb ola bilər. Yaz-yay aylarında müntəzəm gübrələmə tələb edir.

Təxmini ölçüsü:
60-90 sm arası hündürlükdə böyüyə bilər.

Baxımı:

  • İşıq: Parlaq, dolayı işıq. Birbaşa günəş işığından qoruyun.
  • Suvarma: Torpaq tam quruduqda suvarın. Yaz-yayda nisbətən daha çox su tələb edir.
  • Temperatur: 18-24°C ideal temperaturdur.
  • Torpaq: Yaxşı drenajlı, humuslu torpaq.
  • Gübrələmə: Yaz və yay aylarında ayda bir dəfə balanslı maye gübrə verin.

Rəy yazın

E-poçt adresiniz yayımlanmayacaq. Tələb olunan sahələr qeyd olunur *

Rəy yazmaq üçün linkə daxil olun

Şəkillər yüklə

Bu məhsula hələ rəy yazılmayıb.

Your experience on this site will be improved by allowing cookies.