logo
Bitkilər – evinizin sakit dostları
Dostuna e-poçt göndərin

Zinnia (Zinnia elegans)

6.0₼ 0% Fərq 6.0₼

Zinnia (Zinnia elegans) – parlaq, dolğun və müxtəlif formalı çiçəkləri ilə yay aylarında bağlara şənlik ab-havası bəxş edən birillik bəzək bitkisidir. Zinnia həm bağçılıq təcrübəsi olanlar, həm də yeni başlayanlar üçün uyğundur. Asan becərilir, az qulluq tələb edir və davamlı çiçəkləmə ilə arı, kəpənək və faydalı böcəkləri cəlb edir. Kəsilmiş çiçək kimi də uzunömürlüdür.

Var

Əkin texnologiyası:
• Əkin vaxtı: Aprel-may
• Əkin dərinliyi: 3–4 sm
• Toxumlar arası məsafə: 30–50 sm
• Sıra arası məsafə: 60–70 sm
• Torpaq: Günəşli, orta rütubətli
• Cücərmə müddəti: 7–14 gün ərzində

Temperatur rejimi: Cücərmə üçün ideal temperatur 20–25°C-dir. Günəşi sevən, açıq və işıqlı ərazilərdə daha yaxşı inkişaf edir.
Suvarma qaydası: Su yalnız torpağa verilir, yarpaqlara və çiçəklərə su vurmaq məsləhət deyil. Torpaq quruduqca orta səviyyədə suvarılmalıdır.
Suvarma tezliyi: Həftədə 1–2 dəfə, isti havalarda bir qədər daha tez-tez suvarma tələb olunur.

Ölçü:
Bitkinin hündürlüyü: 70–120 sm (növündən asılı olaraq).
Diametri: 30–50 sm yayılma sahəsi.

Çiçək rəngləri: Ağ, qırmızı, sarı, narıncı, çəhrayı və bəzən qarışıq rənglərdə olur. 
Bitkinin dövrü: Birillik bəzək bitkisidir. Yazdan payızadək çiçəkləyir.
Paçkada toxumların sayı: 70 ədəd

Rəy yazın

E-poçt adresiniz yayımlanmayacaq. Tələb olunan sahələr qeyd olunur *

Rəy yazmaq üçün linkə daxil olun

Şəkillər yüklə

Bu məhsula hələ rəy yazılmayıb.

Your experience on this site will be improved by allowing cookies.