logo
Bitkilər – evinizin sakit dostları
Dostuna e-poçt göndərin

Viola (Viola tricolor)

6.0₼ 0% Fərq 6.0₼

Viola tricolor, xalq arasında “Üçrəngli menekşe” və ya “Ürək gülü” kimi tanınan, incə ləçəkləri və zərif qoxusu ilə seçilən, həm təbii, həm dekorativ bir çiçəkdir. Bahardan yayadək bol çiçəklənir, həm torpaqda, həm də saxsılarda uğurla yetişdirilir. Viola həm dekorativ, həm də bəzi növlərində yüngül tibbi və kulinariya istifadə məqsədi ilə də becərilir. Kiçik çiçəklərinə baxmayaraq vizual olaraq qruplaşmada çox effektlidir.

Var

Əkin texnologiyası:
• Əkin vaxtı: Fevral-mart (istixanada), açıq torpağa aprel-may
• Əkin dərinliyi: 0,5–1 sm
• Toxumlar arası məsafə: 15–20 sm
• Sıra arası məsafə: 25–30 sm
• Torpaq: Yüngül, yaxşı drenajlı, qida maddələri ilə zəngin
• Cücərmə müddəti: 10–14 gün ərzində

Temperatur rejimi: Cücərmə üçün ideal temperatur 15–20°C-dir. Soyuq havaya davamlıdır, kölgəli yerlərdə də inkişaf edə bilər.
Suvarma qaydası: Su torpağa verilir, yarpaqlara su vurmaq tövsiyə edilmir. Torpaq daim nəm saxlanmalıdır.
Suvarma tezliyi: Həftədə 2 dəfə, quru havada daha tez-tez suvarma tələb olunur.

Ölçü:
Bitkinin hündürlüyü: 10–20 sm.
Diametri: 20–25 sm.

Çiçək rəngləri: Ağ, sarı, bənövşəyi, çəhrayı və qarışıq rənglərdə olur.
Bitkinin dövrü: Çoxillikdir, ancaq soyuq iqlimlərdə birillik kimi yetişdirilir. Yazdan payıza qədər çiçəkləyir.
Paçkada toxumların sayı: 50 ədəd

Rəy yazın

E-poçt adresiniz yayımlanmayacaq. Tələb olunan sahələr qeyd olunur *

Rəy yazmaq üçün linkə daxil olun

Şəkillər yüklə

Bu məhsula hələ rəy yazılmayıb.

Your experience on this site will be improved by allowing cookies.