logo
Bitkilər – evinizin sakit dostları
Dostuna e-poçt göndərin

Spathiphyllum (Spatfelium)

45.0₼ 0% Fərq 45.0₼

Spatifillum, ümumi adı ilə Sülh zanbağı, zərif ağ çiçəkləri və parlaq yaşıl yarpaqları ilə tanınan dekorativ ev bitkisidir. Az işıq şəraitində belə yaşaya bilir və havanın keyfiyyətini yaxşılaşdırır. Nizamlı suvarma və balanslı gübrələmə ilə sağlam inkişaf təmin olunur. Ev və ofis interyerində geniş istifadə olunur.

Var

Təxmini Hündürlük

Hazırda: 30-35 sm

İşıq Tələbatı

  • Parlaq, dolayı günəş işığını sevir
  • Birbaşa günəş işığına məruz qalmaq yarpaqlarda yanma yarada bilər
  • Kölgəli mühitdə də yaşaya bilir, amma çiçəkləmə zəifləyə bilər

Suvarma

  • Torpaq yüngül nəm saxlanmalıdır
  • Yayda: 5–7 gündə 1 dəfə
  • Qışda: 8–12 gündə 1 dəfə
  • Torpağın quruması yarpaqların əyilməsinə səbəb ola bilər

Temperatur və Rütubət

  • Optimal temperatur: 18–27°C
  • Yüksək rütubət sevir – quru hava yarpaqlarda qəhvəyi uclara səbəb ola bilər
  • Yarpaqlar vaxtaşırı spreylə nəmləndirilməlidir

Torpaq və Saxsı

  • Yüngül, torflu, hava keçirən torpaq
  • Drenaj sistemi olan saksı istifadə olunmalıdır

Budama və Baxım

  • Solmuş çiçəklər və zədələnmiş yarpaqlar mütəmadi təmizlənməlidir
  • Yarpaqlar nəm parça ilə silinərək parlaqlığı qorunur
  • Zaman-zaman gübrələmə tövsiyə olunur

Faydası və Əlavə Məlumat

  • Formaldehid, ammonyak və benzol kimi toksinləri udaraq havanı təmizləyir
  • Təbii nəmləndirici effektə malikdir

Rəy yazın

E-poçt adresiniz yayımlanmayacaq. Tələb olunan sahələr qeyd olunur *

Rəy yazmaq üçün linkə daxil olun

Şəkillər yüklə

Bu məhsula hələ rəy yazılmayıb.

Your experience on this site will be improved by allowing cookies.