logo
Bitkilər – evinizin sakit dostları
Dostuna e-poçt göndərin

Sansevieria (Sansiveriya)

110.0₼ 0% Fərq 110.0₼

Sansevieria ‘Laurentii’ – sərt, dik, qılıncformalı yaşıl yarpaqları və sarı haşiyələri ilə interyerlərə zəriflik və ritm qatır. Ən dözümlü otaq bitkilərindən biri olan qayın dili həm dekor, həm də hava təmizləyici kimi əvəzolunmazdır.

Var

 Görünüş və Xüsusiyyətlər

  • Uzun, qalın və dik yarpaqları yaşıl zolaqlarla naxışlanıb, kənarları isə sarı rəngdə çərçivələnmişdir.
  • Gecə saatlarında belə oksigen buraxaraq havanı təmizləyir — NASA tərəfindən sınaqdan keçirilmiş hava filtirləyici bitkidir.
  • Hündürlüyü 30 sm-dən 100+ sm-ə qədər ola bilər.

 İşıq

  • Parlaq dolayı işığı sevir, amma aşağı işıqda da inkişaf edə bilir.
  • Birbaşa günəş işığı yarpaqları soldura bilər.

 Suvarma

  • Suvarmadan əvvəl torpaq tam qurumalıdır.
  • Həftədə bir dəfə (yayda), qışda ayda 1 dəfə belə kifayətdir.
  • Artıq su bitkinin kökünü çürüdə bilər.

 Torpaq və Gübrələmə

  • Kaktus/şirəlik torpaq qarışığı tövsiyə olunur (yüngül, yaxşı drenajlı).
  • Yaz və yay aylarında 2 ayda bir gübrələmək kifayətdir.

 Temperatur və Rütubət

  • 15–30 °C aralığında sağlam böyüyür.
  • Rütubətə həssas deyil, quru havaya tam dözümlüdür.

 Baxım və Uyğunluq

  • Toz yığıldıqda yarpaqları nəmlə silmək kifayətdir.
  • Həm evdə, həm ofisdə istifadə üçün ideal, yeni başlayanlar üçün 1 nömrəli seçimdir.

 Toksiklik

  • Yüngül dərəcədə toksikdir. Udulması mədə qıcıqlanmasına səbəb ola bilər.
  • Heyvanlardan və uşaqlardan uzaq saxlanmalıdır.

Rəy yazın

E-poçt adresiniz yayımlanmayacaq. Tələb olunan sahələr qeyd olunur *

Rəy yazmaq üçün linkə daxil olun

Şəkillər yüklə

Bu məhsula hələ rəy yazılmayıb.

Your experience on this site will be improved by allowing cookies.