logo
Bitkilər – evinizin sakit dostları
Dostuna e-poçt göndərin

Nasturciya (Tropaeolum majus)

6.0₼ 0% Fərq 6.0₼

Nasturciya (Tropaeolum majus) – parlaq narıncı, sarı, qırmızı və çəhrayı rəngli çiçəkləri və yuvarlaq, yaşıl yarpaqları ilə həm estetik, həm funksional dəyərə malik olan birillik bəzək bitkisidir. İstər sürünən, istərsə də dik duran növləri mövcuddur və qısa müddətdə geniş əraziyə yayıla bilir. Nasturciya yalnız dekorativ deyil, yarpaqları və çiçəkləri salatlara qatılaraq yeyilə bilir, həmçinin təbii antibakterial xüsusiyyətlərə malikdir. Quraqlığa davamlıdır və torpaq seçmir, günəşi sevir və çox az qulluqla bol çiçək verir.

Var

Əkin texnologiyası:
• Əkin vaxtı: Aprel-may (birbaşa açıq torpağa)
• Əkin dərinliyi: 2–3 sm
• Toxumlar arası məsafə: 25–30 sm
• Sıra arası məsafə: 40–50 sm
• Torpaq: Yüngül, yaxşı havalanan və orta dərəcədə qida maddələri ilə zəngin torpaq
• Cücərmə müddəti: 10–14 gün ərzində

Temperatur rejimi: Cücərmə üçün ideal temperatur 18–22°C-dir. Günəşli və ya yarımkölgə sahələri sevir.
Suvarma qaydası: Su yalnız torpağa verilməlidir. Yarpaqlara və çiçəklərə su vurmaq məsləhət deyil. Torpaq quruduqca orta səviyyədə suvarılmalıdır.
Suvarma tezliyi: Həftədə 1–2 dəfə, isti havalarda daha tez-tez.

Ölçü:
Bitkinin hündürlüyü: 30–50 sm.
Diametri: 40–60 sm.

Çiçək rəngləri: Narıncı, qırmızı, sarı və çəhrayı tonlarda olur.
Bitkinin dövrü: Birillikdir. Yazdan payıza qədər çiçəkləyir.
Paçkada toxumların sayı: 10 ədəd

Rəy yazın

E-poçt adresiniz yayımlanmayacaq. Tələb olunan sahələr qeyd olunur *

Rəy yazmaq üçün linkə daxil olun

Şəkillər yüklə

Bu məhsula hələ rəy yazılmayıb.

Your experience on this site will be improved by allowing cookies.