logo
Bitkilər – evinizin sakit dostları
Dostuna e-poçt göndərin

Mimulüs - Mimulus

6.0₼ 0% Fərq 6.0₼

Mimulüs (Mimulus) – ləkəli, parlaq və qeyri-adi çiçək forması ilə tanınan, az hündürlüklü və yay boyunca çiçəklənən birillik bəzək bitkisidir. Sarı, narıncı, qırmızı və ağ rənglərin üzərində bənövşəyi və qırmızı ləkə və naxışlarla çiçəklər açır, bu isə onu vizual olaraq fərqləndirir. Rütubəti və sərinliyi sevən Mimulüs, kölgəli yerlər üçün ideal seçimdir. Saxsıda, qaya bağlarında və su hövzələrinə yaxın sahələrdə əla inkişaf edir. Yumşaq toxunuşlu yarpaqları və geniş açılan çiçəkləri ilə həm uşaqların, həm də bağçılıq həvəskarlarının sevimlisi olur.

Var

 Əkin texnologiyası:   
• Əkin vaxtı: Mart-aprel   
• Əkin dərinliyi: 0,5 sm   
• Toxumlar arası məsafə: 20–25 sm   
• Sıra arası məsafə: 30 sm   
• Torpaq: Yüngül, nəmli   
• Cücərmə müddəti: 10–14 gün ərzində   

Temperatur rejimi: Cücərmə üçün ideal temperatur 18–22°C-dir. Bitki sərin və yarı kölgəli mühiti sevir. 
Suvarma qaydası: Su torpağa verilir. Yarpaqlar və çiçəklər islanmamalıdır. Torpaq daim bir qədər nəm saxlanmalıdır. 
Suvarma tezliyi: Həftədə 2–3 dəfə, yay aylarında tezliyi artırmaq olar. 

Ölçü:   
Bitkinin hündürlüyü: 20–30 sm.   
Diametri: 25–35 sm.  

Çiçək rəngləri: Sarı, narıncı, qırmızı, ağ və ləkəli kombinasiyalarda. 
Bitkinin dövrü: Birillikdir. 
Paçkada toxumların sayı: 80 ədəd 

Rəy yazın

E-poçt adresiniz yayımlanmayacaq. Tələb olunan sahələr qeyd olunur *

Rəy yazmaq üçün linkə daxil olun

Şəkillər yüklə

Bu məhsula hələ rəy yazılmayıb.

Your experience on this site will be improved by allowing cookies.