logo
Bitkilər – evinizin sakit dostları
Dostuna e-poçt göndərin

Kosmeya (Cosmos bipinnatus)

6.0₼ 0% Fərq 6.0₼

Kosmeya (Cosmos bipinnatus) – zərif ləçəkləri, incə budaqları və füsunkar rəng çalarları ilə yay aylarının sevimli birillik bəzək bitkisidir. Çiçəkləri açıq çəhrayı, ağ, bənövşəyi və tünd çalarlarda olur və yüngül yellənən saplaqları ilə bağlara romantik və təbii görünüş bəxş edir. Bu bitki az qulluq tələb edir, günəşi sevir və zəif torpaqlarda belə bol çiçək verir. Kəpənəkləri və arıları cəlb etməsi ilə təbii bağçılıq üçün də çox uyğundur.

Var

Əkin texnologiyası:
• Əkin vaxtı: Aprel-may
• Əkin dərinliyi: 1–1,5 sm
• Toxumlar arası məsafə: 30–40 sm
• Sıra arası məsafə: 50 sm
• Torpaq: Yüngül, günəşli
• Cücərmə müddəti: 7–14 gün ərzində

Temperatur rejimi: Cücərmə üçün ideal temperatur 18–22°C-dir. Günəşli və açıq sahələrdə yaxşı inkişaf edir.
Suvarma qaydası: Su torpağa verilir. Yarpaqlara və çiçəklərə su vurmaq tövsiyə olunmur. Torpaq orta dərəcədə nəm saxlanmalıdır.
Suvarma tezliyi: Həftədə 1–2 dəfə, torpağın quruluq səviyyəsindən asılı olaraq tənzimlənir.

Ölçü:
Bitkinin hündürlüyü: 80–120 sm.
Diametri: 40–60 sm.


Çiçək rəngləri: Ağ, çəhrayı və bənövşəyi tonlarda.
Bitkinin dövrü: Birillik bəzək bitkisidir.
Paçkada toxumların sayı: 100 ədəd

Rəy yazın

E-poçt adresiniz yayımlanmayacaq. Tələb olunan sahələr qeyd olunur *

Rəy yazmaq üçün linkə daxil olun

Şəkillər yüklə

Bu məhsula hələ rəy yazılmayıb.

Your experience on this site will be improved by allowing cookies.