logo
Bitkilər – evinizin sakit dostları
    Dostuna e-poçt göndərin

    Kolеus (Coleus)

    6.0₼0% Fərq6.0₼

    Koleus (Coleus) – əsas gözəlliyi çiçəklərində deyil, rəngarəng, naxışlı və məxməri toxunuşlu yarpaqlarında olan unikal bəzək bitkisidir. Yaşıl, bənövşəyi, qırmızı, sarı və krem tonlarında tək və ya qarışıq rəngli yarpaqları ilə istənilən bağ sahəsinə, terasa və interyerə dekorativ dəyər qatır. Həm qapalı məkanlarda, həm də açıq havada yetişdirilə bilər. Günəşli yerlərdə rəngləri daha parlaq olur, lakin kölgədə də yaşaya bilir. Asan becərilən və forması rahatca yönləndirilən bu bitki həm yeni başlayanlar, həm də peşəkar bağbanlar üçün mükəmməl seçimdir.

    Var
    Təxmini çatdırılma vaxtı:Mar 04 - Mar 06

    Əkin texnologiyası:    
    • Əkin vaxtı: Mart-aprel    
    • Əkin dərinliyi: 0,5 cm    
    • Toxumlar arası məsafə: 20–25 sm    
    • Sıra arası məsafə: 30 sm    
    • Torpaq: Qidalı, nəmli    
    • Cücərmə müddəti: 10–14 gün ərzində    

    Temperatur rejimi: Cücərmə üçün optimal temperatur 20–24°C-dir. İlıq və işıqlı şəraitdə yaxşı inkişaf edir.    
    Suvarma qaydası: Su yalnız torpağa verilir. Yarpaqlar islanmamalıdır. Torpaq daim bir qədər nəm saxlanmalıdır, ancaq artıq suvarmadan qaçınmaq lazımdır.    
    Suvarma tezliyi: Həftədə 2–3 dəfə, torpağın quruluğundan asılı olaraq tənzimlənir.  

    Ölçü:    
    Bitkinin hündürlüyü: 25–50 sm.    
    Diametri: 30–40 sm.  


    Yarpaqların rəngləri: Qırmızı, yaşıl, sarı, bənövşəyi, çəhrayı və bu rənglərin müxtəlif kombinasiyaları.    
    Bitkinin dövrü: Birillik kimi yetişdirilir, lakin ev şəraitində çoxillik kimi saxlamaq mümkündür.    
    Paçkada toxumların sayı: 50 ədəd  

    Rəy yazın

    E-poçt adresiniz yayımlanmayacaq. Tələb olunan sahələr qeyd olunur *

    Rəy yazmaq üçün linkə daxil olun

    Şəkillər yüklə

    Bu məhsula hələ rəy yazılmayıb.

    Xoşunuza gələ bilər

    Loading...
    Sualınız var? Bizə yazın

    Satış və Məsləhət

    Operator 1

    online

    Satış və Texniki

    Operator 2

    online

    Operator 1

    Salam, sizə necə kömək edə bilərəm? 00:00

    Operator 2

    Salam, sizə necə kömək edə bilərəm? 00:00
    Your experience on this site will be improved by allowing cookies.