logo
Bitkilər – evinizin sakit dostları
Dostuna e-poçt göndərin

Kleoma (Cleome hassleriana)

6.0₼ 0% Fərq 6.0₼

Cleome hassleriana, xalq arasında “Hörümçək çiçəyi” olaraq da tanınır. Uzun saplaqlı, iynəvari və füsunkar çiçəkləri ilə bağlara hava kimi yüngül və tropik bir görünüş bəxş edir. Ağ, çəhrayı, bənövşəyi və tünd tonda açan çiçəkləri arı, kəpənək və hətta kolibriləri belə cəlb edir. Hündür və zərif görünüşü ilə fon bitkisi kimi istifadə edilə bilər. Günəşi çox sevir və isti, açıq sahələrdə bol çiçək verir. Özünü toxumla asanlıqla yayıb növbəti illərdə də görünə bilər.

Var

Əkin texnologiyası:
• Əkin vaxtı: Aprel-may (birbaşa torpağa və ya əvvəlcədən fidan hazırlanaraq)
• Əkin dərinliyi: 1–1.5 sm
• Toxumlar arası məsafə: 30–40 sm
• Sıra arası məsafə: 50–60 sm
• Torpaq: Quruya davamlı, qida maddələri ilə zəngin, günəşli sahə
• Cücərmə müddəti: 10–20 gün ərzində

Temperatur rejimi: Cücərmə üçün ideal temperatur 20–25°C-dir. Günəşi və istini sevir, kölgədə zəif inkişaf edir.
Suvarma qaydası: Torpağa su verilir. Nəmlik sevir, lakin suyun durğunluğu yolverilməzdir.
Suvarma tezliyi: Həftədə 1–2 dəfə, torpaq quruduqca.

Ölçü:
Bitkinin hündürlüyü: 80–150 sm.
Diametri: 40–60 sm.

Çiçək rəngləri: Çəhrayı, bənövşəyi, ağ və lavanda çalarlı
Bitkinin dövrü: Birillikdir. Yayın əvvəllərindən payızadək çiçəkləyir.
Paçkada toxumların sayı: 30 ədəd

Rəy yazın

E-poçt adresiniz yayımlanmayacaq. Tələb olunan sahələr qeyd olunur *

Rəy yazmaq üçün linkə daxil olun

Şəkillər yüklə

Bu məhsula hələ rəy yazılmayıb.

Your experience on this site will be improved by allowing cookies.