logo
Bitkilər – evinizin sakit dostları
    Dostuna e-poçt göndərin

    Klarkiya (Clarkia unguiculata)

    6.0₼0% Fərq6.0₼

    Clarkia unguiculata, öz ipəkvari ləçəkləri və pastel rəngləri ilə bahar və yay bağlarının sevimli incə bəzəyidir. Əsasən çəhrayı, yasəmən, lavanda və narıncı tonlarda açan bu çiçəklər bir neçə ləçək qatına malik olur və füsunkar, zərif görünüş yaradır. Çox zaman “Zərif Klarkiya” və ya “Ətirli Klarkiya” adı ilə də tanınır.

    Var

    Əkin texnologiyası:
    • Əkin vaxtı: Mart-aprel (birbaşa açıq torpağa və ya fidanla)
    • Əkin dərinliyi: 0.5–1 sm
    • Toxumlar arası məsafə: 15–20 sm
    • Sıra arası məsafə: 30–40 sm
    • Torpaq: Yumşaq, boş, günəşli və zəngin torpaq
    • Cücərmə müddəti: 7–14 gün ərzində

    Temperatur rejimi: Cücərmə üçün ideal temperatur 16–20°C-dir. İşıqlı və sərin şəraiti sevir.
    Suvarma qaydası: Su torpağa verilir. Yarpaqları islatmadan suvarmaq tövsiyə olunur.
    Suvarma tezliyi: Həftədə 1–2 dəfə, torpaq quruduqda

    Ölçü:
    Bitkinin hündürlüyü: 60–90 sm
    Diametri: 20–30 sm 

    Çiçək rəngləri: Çəhrayı, bənövşəyi, qırmızı, ağ və bu tonların qarışığı
    Bitkinin dövrü: Birillikdir. Maydan sentyabradək çiçəkləyir.
    Paçkada toxumların sayı: 80 ədəd

    Rəy yazın

    E-poçt adresiniz yayımlanmayacaq. Tələb olunan sahələr qeyd olunur *

    Rəy yazmaq üçün linkə daxil olun

    Şəkillər yüklə

    Bu məhsula hələ rəy yazılmayıb.

    Your experience on this site will be improved by allowing cookies.