logo
Bitkilər – evinizin sakit dostları
    Dostuna e-poçt göndərin

    Siklamen (Cyclamen)

    6.0₼0% Fərq6.0₼

    Siklamen (Cyclamen) – qış və erkən bahar aylarında çiçəklənən, gözəl formalı çiçəkləri və ürəkşəkilli, naxışlı yarpaqları ilə tanınan bəzək bitkisidir. Parlaq çəhrayı, ağ, qırmızı, bənövşəyi və bəzən ikirəngli çiçəkləri ilə evlərə, ofislərə və istixanalara qış fəslində istilik və gözəllik gətirir.

    Var

    Əkin texnologiyası:
    • Əkin vaxtı: Avqust–sentyabr (otaq şəraitində)
    • Əkin dərinliyi: 1 sm
    • Toxumlar arası məsafə: 15–20 sm
    • Sıra arası məsafə: 25 sm
    • Torpaq: Yumşaq, torf tərkibli
    • Cücərmə müddəti: 20–30 gün ərzində

    Temperatur rejimi: Cücərmə üçün ideal temperatur 16–20°C-dir. Sərin, yarı kölgəli və yaxşı havalanan şəraitdə daha yaxşı inkişaf edir.
    Suvarma qaydası: Su torpağa, birbaşa soğanağın ətrafına verilməlidir. Yarpaqlara və mərkəzə su düşməməlidir. Torpaq daim bir qədər nəm saxlanmalıdır, amma artıq nəmə yol verilməməlidir.
    Suvarma tezliyi: Həftədə 1–2 dəfə, torpaq quruduqca.

    Ölçü:
    Bitkinin hündürlüyü: 15–20 sm.
    Diametri: 20–30 sm.


    Çiçək rəngləri: Parlaq çəhrayı, ağ, qırmızı, bənövşəyi və bəzən ikirəngli.
    Bitkinin dövrü: Çoxillik soğanaqlı bitkidir, istirahət dövrü ilə birlikdə böyümə və çiçəkləmə mərhələləri olur.
    Paçkada toxumların sayı: 15 ədəd

    Rəy yazın

    E-poçt adresiniz yayımlanmayacaq. Tələb olunan sahələr qeyd olunur *

    Rəy yazmaq üçün linkə daxil olun

    Şəkillər yüklə

    Bu məhsula hələ rəy yazılmayıb.

    Your experience on this site will be improved by allowing cookies.