logo
Bitkilər – evinizin sakit dostları
Dostuna e-poçt göndərin

Hibiskus (Hibiscus rosa-sinensis)

6.0₼ 0% Fərq 6.0₼

Hibiskus (Hibiscus rosa-sinensis) – böyük və möhtəşəm çiçəkləri ilə tanınan, isti və rütubətli iqlimləri sevən çoxillik bəzək bitkisidir. Hibiskus istər bağda sərbəst əkim, istərsə də böyük saxsılarda balkon və teras dekorasiyası üçün əla seçimdir. Həmçinin bir çox mədəniyyətdə sülh, sevgi və qadınlıq simvolu kimi tanınır. Hər bir çiçək yalnız bir neçə gün yaşasa da, bitki davamlı olaraq yeni çiçəklər verir. 

Var

 Əkin texnologiyası:
• Əkin vaxtı: Fevral-mart (isti iqlimdə açıq torpağa may-iyun)
• Əkin dərinliyi: 1–2 sm
• Toxumlar arası məsafə: 50–60 sm
• Sıra arası məsafə: 70–80 sm
• Torpaq: Qida maddələri ilə zəngin, yaxşı drenajlı, turşu-neytral torpaq
• Cücərmə müddəti: 14–21 gün ərzində

Temperatur rejimi: Cücərmə üçün ideal temperatur 22–28°C-dir. İsti və işıqlı yerlərdə yaxşı inkişaf edir, donlara dözümlü deyil.
Suvarma qaydası: Suvarma torpağa verilir, yarpaqlara su vurmaq lazım deyil. Torpaq daim nəm saxlanmalıdır, lakin suyun durğunluğundan qaçınmaq lazımdır.
Suvarma tezliyi: Həftədə 2–3 dəfə, isti havalarda daha tez-tez.

Ölçü:
Bitkinin hündürlüyü: 100–150 sm.
Diametri: 80–100 sm.

Çiçək rəngləri: Qırmızı, çəhrayı, narıncı, ağ, sarı və bənövşəyi.
Bitkinin dövrü: Çoxillik bitkidir, əsasən isti iqlimlərdə bağlarda və qablarda yetişdirilir.
Paçkada toxumların sayı: 20 ədəd

Rəy yazın

E-poçt adresiniz yayımlanmayacaq. Tələb olunan sahələr qeyd olunur *

Rəy yazmaq üçün linkə daxil olun

Şəkillər yüklə

Bu məhsula hələ rəy yazılmayıb.

Your experience on this site will be improved by allowing cookies.