logo
Bitkilər – evinizin sakit dostları
Dostuna e-poçt göndərin

Aslan qızı (Antirrhinum majus)

6.0₼ 0% Fərq 6.0₼

Aslan qızı — Antirrhinum majus, rəngarəng çiçəkləri və dik böyüyən gövdəsi ilə bağlarda və balkonlarda dekorativ məqsədlə geniş istifadə olunan, birillik və ya çoxillik ot bitkisidir. Adını çiçəklərinin aslan ağzına bənzəməsindən alır. İsti və günəşli mühitləri sevir, yüngül torpaqlarda bol çiçək açır. Həm qablarda, həm də yerə əkildikdə estetik görüntü yaradır.

Var

Əkin texnologiyası:
• Əkin vaxtı: Fevral-mart
• Əkin dərinliyi: 0,5 sm
• Toxumlar arası məsafə: 20–30 sm
• Sıra arası məsafə: 40 sm
• Torpaq: Yumşaq, qidalı
• Cücərmə müddəti: 10–14 gün ərzində

Temperatur rejimi: Cücərmə üçün ideal temperatur 18–22°C-dir. Günəşli yerlərdə daha bol və parlaq çiçəklərlə inkişaf edir.
Suvarma qaydası: Su birbaşa torpağa verilir. Yarpaqlara və çiçəklərə su düşməməlidir. Torpaq quruduqca suvarmaq lazımdır, bataqlıq şəraitindən çəkinmək vacibdir.
Suvarma tezliyi: Həftədə 2 dəfə, isti havalarda 3 dəfə.

Ölçü:
Bitkinin hündürlüyü: 30–80 sm.
Diametri: 25–40 sm.


Çiçək rəngləri: Qırmızı, çəhrayı, sarı, ağ və digər canlı rənglərdə olur. Çiçəklər dik və sıx quruluşludur.
Bitkinin dövrü: Birillik bəzək bitkisidir, lakin isti iqlimdə ikiillik kimi də inkişaf edə bilər.
Paçkada toxumların sayı: 50 ədəd

Rəy yazın

E-poçt adresiniz yayımlanmayacaq. Tələb olunan sahələr qeyd olunur *

Rəy yazmaq üçün linkə daxil olun

Şəkillər yüklə

Bu məhsula hələ rəy yazılmayıb.

Your experience on this site will be improved by allowing cookies.